29 İyul 2022
20:56
18653

Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin iştirakı ilə günərzi yay düşərgəsi təşkil olunub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə iyulun 29-da Zərdab rayon Pərvanlı kəndində, kür çayı sahilində müxtəlif kateqoriyadan olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə günərzi yay düşərgəsi təşkil olundu.

Düşərgənin təşkil olunmasına məqsəd uşaq, yeniyetmə və gənclərin yay tətilini daha maraqlı, yaddaqalan və səmərəli keçirmələrinə şərait yaratmaq, onların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək olmaq, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.

Əyləncəli və maraqlı anlarla yadda qalan düşərgədə müsabiqə, idman və əyləncəli oyunlar, intellektual yarış, musiqi və rəqs nömrələrinin nümayişi və çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, Zərdab rayonunda növbəti günərzi yay düşərgəsinin avqust ayında keçirilməsi nəzərdə tutulur.

İslahat.az