22 Sentyabr 2021
13:58
22391

Zelenskinin müşavirinə sui-qəsd olub: Yaralanan var - FOTO

İslahat.az xəbər verir ki, Ukrayna prezidentinin müşaviri Sergey Şefirə sui-qəsd olub. Naməlum şəxslər onun maşınını atəşə tutublar.

Siyasətçinin özü xəsarət almayıb, amma sürücüsü ağır yaralanıb.

"Sürücü üç güllə ilə xəsarət alıb. Hazırda ağır vəziyyətdə reanimasiyadadır”, - deyə mənbədən sayta bildirilib.

Şefir Ukrayna lideri Vladimir Zelenskinin dostu və biznes ortağıdır, "Kvartal-95” studiyasının həmmüəllifidir.

İslahat.az