28 Fevral 2022
14:13
20495

Zelenski: "Hər birimiz prezidentik, döyüşçüyük"

"Mən prezident olmaq istəyəndə deyirdim ki, hər birimiz prezidentik”.

İslahat.az Ukrayna Prezidenti Ofisinin facebook səhifəsinə istinadən xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski fevralın 28-də xalqa müraciətində bildirib.

"Bu gün hamımız ölkəmiz, gözəl Ukraynamıza görə məsuliyyət daşıyırıq. Belə oldu. İndi hər birimiz öz yerində döyüşçüdür. Əminəm ki, hər birimiz qalib gələcəyik”, - Ukrayna Prezidenti vurğulayıb.

İslahat.az