31 May 2022
16:18
18611

Zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır? - AÇIQLAMA

Buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gəririlib.

İslahat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur.

"Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik. Sadəcə olaraq bəzən valideynlər seçimi düzgün etmirlər. Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər”, - deyə o əlavə edib.

İslahat.az