04 Oktyabr 2021
14:48
21073

Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. 

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, bölgədə təhlükəsizliyin önəmi və birgə layihələrin uğurla həyata keçirilməsi müzakirə olunub.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığı və mövcud ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də nəzərdən keçiriblər.

İslahat.az