28 İyun 2021
15:30
23076

Yeni mutasiyalara qarşı ən təsirli vaksin hansıdır? – Ekspert bu peyvəndi məsləhət gördü

Artıq bütün dünyada koronavirusun yeni ştammları yayılmaqdadır. Yeni mutasiyaların ən təhlükəlisi isə koronavirusun Hindistan və delta variantıdır.
Maraqlıdır, yeni mutasiyalara qarşı hansı vaksin daha təsirlidir?
İslahat.az xəbər verir ki,mövcud sual ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təqdim olunan vaksinlər içərisində Pfizer vaksininin  daha təsirli olduğunu deyib:
"Gənclər virusun təhlükəli mutasiyasına yoluxsalar da bu vəziyyət onlar üçün riskli deyil. Lakin onlar da vaksinasiya olmalıdır ki, yeni növ mutasiyaya yoluxsalar, bu xəstəliyi başqasına keçirməsinlər. Koronavirusun delta variantı və eləcə də Hindistan ştammı üçün Pfizer-BioNTech vaksini daha yaxşıdır. Sinnovac vaksini də yeni ştamlara təsir edə bilər. Lakin bu vaksin yoluxduruculuğa qarşı ola bilmir. Ümumiyyətlə vaksinlər içərisində Pfizer vaksini ən təsirlisidir. RNT tipli bu vaksin sintetik tərkiblidir.
Əvvəllər insan bədəninə gen gtransferi qadağan idi. Lakin indi pandemiya dövrü olduğu üçün gen transferinə üstünlük verir. ABŞ-ın 70 faizi hazırda Pfizer vaksininə üstünlük verib. Milyonlarla insan bu vaksinə üstün veribsə, demək ki, əks təsirlər yoxdur. Vaksinlərin güvənli olmasının yoxlanılması üçün illər lazımdır, lakin indi ona vaxt yoxdur. Buna görə də hazırkı dövr üçün təqdim olunan vaksinlərdən faydalanmaq lazımdır".