11-12 iyun tarixdə Cənubi Koreyanın Seul şəhərində APACRS (Asia-Pacific Assocation of Cataract&Refractive Surgeons) 2022 konqresi keçirildi.
İslahat.az "Yeni
Gündəm” -ə istinadən xəbər verir ki, konqresdə oftalmologiya sahəsindəki elmi
yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edildi.
Konfransda Joon Young Hyon (Prezident KSCRS),
Prof.Graham Barrett(Avstraliya), Prof.Hungwon Tchah (Cənubu Koreya), Prof.Chul
Young Choi (Cənubu Koreya), Dr.Chan Wing Kwong (Sinqapur),
Prof.Ronald Yeoh (Sinqapur), Oliver Findl (Avstriya),
Dr.Kimiya Shimizu (Yaponiya), Prof.Thomas Kohnen (Almaniya) və digər ölkələrin
alimləri iştirak etdilər və oftalmologiyada olan yeniliklərlə çıxış
oldu, suallar səsləndi, maraqlı müzakirələr oldu.
Dünyanın bir çox yerindən oftalmoloqların iştirak etdiyi konqresdə Akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, AOC-un (Azərbaycan
Oftalmoloqlar Cəmiyyəti) sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva "Epidemiology
of allergic conjunctivitis” adlı poster məruzə ilə çıxış etdi .
Həmçinin konfransda AOC üzvləri H.Qəhrəmanov, Ş.Əsədova iştirak etdilər.
Asiya-Sakit Okean Katarakt və Refraktiv Cərrahlar Assosiasiyası (APACRS) ilk
olaraq katarakt və refraktiv cərrahiyyədə dinamik inkişafı əks etdirmək üçün
Asiya-Sakit Okean Gözdaxili İmplant Assosiasiyasından (APIIA) inkişaf etmişdir.
APACRS Asiya-Sakit Okean regionunda regional təşkilatlarla illik iclasını
keçirir. Cəmiyyətin əsas funksiyası Asiya-Sakit Okean regionunda ön seqment
oftalmoloji cərrahiyyənin müxtəlif sahələrində irəliləyişlərin yayılması və inkişafıdır.
Növbəti 35 ci APACRS konfrans CSCRS in (CSCRS 23) birgə təşkilatçılığı ilə
Chengdu-da keçirilməsi nəzərdə tutulur.
İslahat.az