03 Sentyabr 2021
11:12
23443

“YAŞAT” Fondu orta məktəbdə təhsil alan şəhid övladları üçün xüsusi layihəyə start verdi - FOTO

Yeni tədris ilinin başlanması ilə əlaqədar "YAŞAT” Fondu tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

İslahat.az xəbər verir ki, fonddan verilən məlumata görə, hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinfə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir.

Əlavə hədiyyə olaraq ləvazimat dəstinə ibtidai siniflər üçün "Lego” oyun qutusu, 5-8-ci siniflər üçün "Puzzle”, 9-11-ci siniflər üçün şahmat daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün nəzərdə tutulmuş məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb. Hədiyyələr 494-ü oğlan, 376-sı qız olmaqla 870 məktəbliyə çatdırılacaq.

 

İslahat.az