28 Mart 2022
22:03
11318

YAP Səbail rayonunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Bu gün YAP Səbail rayonunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

YAP Səbail rayonu təşkilatının sədri Muxtar Nağıyev, İstiqlaliyyət 6 ərazi partiyasının sədri Mikayıl Zeynalov, YAP Səbail rayon təşkilatının fəal üzvləri Elşad Əliyev, Hacı Rövşən və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı olaraq daima qazilərimizlə bir yerdə olmağı özümüzə şərəf bilirik: "Bu daima olaraq davam edir. Bildiyiniz kimi Novruz Bayramı hələ də davam edir. Bu məqsədlə də biz sizinlə bayram ərəfəsində görüşmək istədik. YAP Səbail adından Novruz Bayramınızı təbrik edirəm. Sizin hər birinizə uzun ömür, can salığı, ailə səadəti arzu edirəm. Biz hər zaman gücümüz çatdığı qədər yanınızda olmağa çalışırıq. Nəzərinizə çatdırım ki, Xocalı rayonunun Fərrux kəndində artıq Azərbaycan bayrağı dalğalanır. Havanın şaxtalı və soyuq olmasına baxmayaraq Azərbaycan əsgərləri torpağımızı işğaldan azad etdi”.
Daha sonra tədbirdə iştirak edən YAP Səbail rayonunun fəal üzvləri Elşad Əliyev və 1-ci Qarabağ müharibəsinin qazisi Hacı Rövşən qonaqları və Vətən müharibəsinin iştirakçılarını salamlayaraq, onlara öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən İstiqlaliyyət 6 ərazi partiyasının sədri Mikayıl Zeynalov qazilər və müharibə veteranlarını Novruz Bayramı münasibətilə təbrik edib: "Sizə uzun ömür can salığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Həmçinin YAP Səbail rayon təşkilatının rəhbərliyinə başda Muxtar bəyə öz təşəkkürlərimi bildirirəm ki, belə bir tədbir təşkil edib. Biz mütəmadi olaraq YAP Səbail rayon təşkilatının belə tədbirləri keçirməsinin canlı şahidi oluruq. Müharibə iştirakçıları və qazilərimizlə gözəl günlərimizi paylaşmaq doğurdan da şərəfli və müqəddəs bir hadisədir. Bütün müharibə iştirakçılarına respublika səviyyəsində hörmət və qayğı göstərilir. Bunların hər birinin səbəbkarı Ali Baş komandan İlham Əliyevdir. Biz hamılıqla möhtərəm Prezidentə öz təşəkkürümüzü bildiririk. Məhz Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət və həmin siyasəti bu gün də həyata keçirən İlham Əliyev sayəsində biz 30 ildən sonra torpaqlarımıza geri döndük”.
Tədbirdə çıxış edən Zərifə Əliyeva 96 ərazi partiya təşkilatının sədri Piralı Əliyev qaziləri salamlayaraq, bayram münasibəti ilə onları təbrik edib: "Azərbaycan ordusunun Ali Baş Komandanına öz minnətdarlığımı bildirirəm. Mənim qardaşım da torpaqlarımız uğrunda döyüşüb və şəhid olub. İlham Əliyev 200 illik Azərbaycan tarixində alınan torpaqlarımızın geri qaytaran ilk sərkərdədir. Bunların hər biri bizim dəyanətli ordumuzun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayəsində həyata keçib”.
Daha sonra tədbirdə partiya sədrləri İsrafil Bəkirov, Soltanəli Qurbanov, Müşfiq Mustafayev qazilərimizi salamlayaraq, Azərbaycan torpaqlarının alınmasında göstərdikləri şücaət üçün təşəkkürlərini bildirib və bayramlarını təbrik ediblər.
Sonda isə YAP Səbail rayonunun sədri Muxtar Nağıyev 44 günlük Vətən müharibəsində iştirak etdikləri üçün müharibə iştitakçılarını diplomla təltif edib.