31 Avqust 2022
15:19
17836

Xəzər rayonunda "Təmiz hava aylığı" tədbirləri davam edir

"Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, növbəti belə tədbir Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Xəzər rayonu Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilərayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə izahedici söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

İslahat.az