16 Sentyabr 2021
12:35
20267

Xəzər dənizində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı TAPŞIRIQ VERİLDİ

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Xəzər dənizində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verib.

İslahat.az xəbər verir ki, bu barədə Sfera.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

DSX rəisi təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyinin təmin edilməsinin Xidmətin əsas vəzifələrindən olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.
 
İslahat.az