31 May 2022
11:43
18763

Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin mayın 31-də azad olunmuş Kəlbəcər rayonuna səfəri başlayıb.

İslahat.az xəbər verir ki, səfər zamanı diplomatlar Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair ilə tanış olacaqlar.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda törətdiyi dağıntılar, vəhşiliklər, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemlər diplomatik korpusun diqqətinə çatdırılacaq.

İslahat.az