28 Dekabr 2021
12:36
20344

Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti

Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti

Şərəfli tariximizin şanlı səhifələrindən biri, milli birliyin, milli həmrəyliyin heç bir sərhəd, heç bir qorxu bilmədən birləşmə istəyi ilə coşub çağladığı, 30 ildir Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunduğu 31 Dekabr tarixidir. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük sevinclə qeyd olunur. Bu bayram müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə birləşdirir.
Son bir ildə sevincini və qürurunu hər gün yaşadığımız Böyük Zəfər hər bir kəsi birləşdirən milli birliyimizin nəticəsidir. Bir daha bütün dünya gördü ki, xalqımız ən ağır gündə birlik olub, həmrəy olub, yumruq olub bir nöqtəyə vura bilir. Vətən müharibəsindəki qələbə milli birliyimizin səbəbidir. Bu gün cənab Ali Baş Komandan İlham Əliyevin öz xalqının yanında olması, xalqın Ona sarsılmaz inamının, etimadının göstəricisidir.
Hazırda Azərbaycan dinamik şəkildə inkişaf etmiş, ərazi bütövlüyünü təmin etmiş, qalib bir ölkədir. Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı haqlı olaraq fəxr edir ki, onun müstəqil, milli maraqlarına və dəyərlərinə sadiq Azərbaycan adlı bir vətəni vardır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Dünya Azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.
Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı.
Hər bir azərbaycanlı üçün doğma Vətənimiz ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmin bir məkandır. Bu yüksək dəyərləri bizə aşılayan isə Vətən sevgisi, milli mənsubluq duyğusudur. Bunu yaradan və kütləviləşdirən isə milli ideologiyamız və həmrəylik ideyalarıdır. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ TARİXİ QƏLƏBƏMİZİ DAHA İNAMLI ETDİ

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 6-da Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bu Qurultay soydaşlarımızın milli şüurunun güclənməsinə, müxtəlif ölkələrdə mövcud olan azərbaycanlı icmaların mütəşəkilliyinin və fəallığının artmasına təsir göstərdi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında " Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir. Soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında , zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında böyük rol oynayırlar. Onlar Azərbaycan dövlətinin göstərdiyi hərtərəfli köməklik sayəsində qardaş və dost xalqların lobbi və diaspora təşkilatları ilə səmərəli əməkdaşlığın qurulması nəticəsində bu sahədə təsirli tədbirlər həyata keçirir, Azərbaycanın tarixini nəsillərdən- nəsillərə ötürürlər.
Ulu Öndərin milli həmrəylik sahəsində siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin ilin martın 16-da Bakıda keçirilən növbəti Qurultay xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəsdək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.
Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

ADİL RƏHİMOV – təqaüddə olan ziyalı

ULU ÖNDƏRİN MİLLİ HƏMRƏYLİK SAHƏSİNDƏ XİDMƏTLƏRİNİ UĞURLA

DAVAM ETDİRƏN PREZİDENT İLHAM ƏLİYEVİN EFFEKTİV SİYASƏTİ

2003-cü il oktyabrın 1-də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Təsadüfi deyildir ki, ulu öndərin böyük etimad göstərdiyi İlham Əliyev 15 oktyabr 2003-cü il tarixdə keçirilmiş seçkilərdə 76 faizdən çox səslə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. İlham Əliyev siyasi peşəkarlıqla Prezidentliyinin ilk ilindən ölkədə dayanıqlı inkişaf üçün əsaslı addımlar atıb. Nəticədə müstəqilliyimiz və ideoloji dayaqlarımız daha da möhkəmləndirildi, vətəndaş həmrəyliyi bərqərar olundu, milli maraqların qorunması təmin olundu. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Cənab Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Təqdirəlayiq haldır ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Məhz demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda mükəmməl siyasi sistem bərqərar olunub.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın hərtərəfli inkişaf edib, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası təmin olunub. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən, həmrəy və müzəffər xalq kimi tanıtdı.
Qazanılmış Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsi hesab olunur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının "Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Həmrəylik qrup, yaxud etnosun birliyidir.

Tarixin hökmü ilə Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə keçən əsrin 90-cı illərində qovuşdu. Həmin dövrün özünəməxsus sosial, siyasi, geosiyasi, iqtisadi və mədəni xüsusiyyətləri vardı. SSRİ mövcud olduğu müddətdə milli respublikalarda cəmiyyətin birliyi sovet ideologiyası əsasında təmin edilirdi. Bu zaman milli ideya məsələsi qaldırılmırdı – insanlar özlərini sovet vətəndaşı kimi identifikasiya edirdilər. Biz bu modelin üstün və zəif cəhətləri üzərində dayanmaq istəmirik. Burada əhəmiyyətlisi sovetlər dağıldıqdan sonra müstəqilliyini əldə etmiş ölkələrdə sosial birliyin, vəhdətin və həmrəyliyin necə təmin edilməsidir. Bax, bu aspektdə vahid SSRİ-də cəmləşmiş respublikalar fərqli yollar seçdilər. Azərbaycanın təcrübəsi onların sırasında ən uğurlu kursun seçildiyini göstərir.
Məsələnin fəlsəfi-sosial aspektləri analiz edilib. Lakin problem dövlətçilik baxımından o dərəcədə aktual və mürəkkəbdir ki, araşdırmaların davam etdirilməsi böyük zərurətdir. Həmin kontekstdə azərbaycanlıların həmrəyliyi məsələsi son dərəcə önəmli və üzərində düşünülməli faktor olaraq qəbul edilməlidir. Bunun vacibliyini dərk etmək üçün "həmrəylik” anlayışının fəlsəfə və elmdə işlədilən mənalarına qısa nəzər salaq. Biz başlıca olaraq "sosial həmrəylik” termini üzərində dayanacağıq.
Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Yekun olaraq, həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi təsəvvür edilə bilər.
Bu problemin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulur. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada konkret cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır. Sosioloq Emil Dürkheymə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir – hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər.
Müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycançılıq: həmrəyliyin üç aspekti işığında

Azərbaycanlıların həmrəylik modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb.
Azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Heydər Əliyevin aşağıdakı fikirlərində ifadə olunub: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Burada müasir mərhələdə Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinə verdiyi məzmunun təməl şərtləri əks olunub. Bunlar bütövlükdə azərbaycançılıq ideologiyasının müddəalarıdır. Azərbaycançılıq başqa məsələlərlə yanaşı, həmrəylik konsepsiyasının da əsas ideya mənbəyidir. Bunlardan çıxış edərək yuxarıda vurğulanan məqamları aşağıdakı kimi qruplaşdırmaq olar.
Birincisi, azərbaycanlıların həmrəylik məsələsi Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşır. Buraya dünyanın bütün regionlarında yaşayan azərbaycanlılar daxildir. Yəni azərbaycanlıların vahid millət kimi birliyi və bərabərliyi məsələsi qoyulub. Bu o deməkdir ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar daşıyırlar. Bu prinsipin strateji mənası böyükdür. Çünki tarixdə ilk dəfə olaraq müstəqil dövlət məsələsi həmrəylik kontekstində bu cür lakonik və dəqiq şəkildə qoyulub.
Azərbaycanın müstəqilliyi birbaşa millətin birliyinin təmini ilə bağlıdır. Onu deyək ki, həmin məqam Avropa milli dövlətçiliyinin inkişafında mühüm rol oynayıb. Məsələn, Yurgen Habermas millətin formalaşmasında onun hər bir üzvünün digərini yaxından hiss etməsinin həlledici rol oynadığını vurğulayıb. Azərbaycanda Heydər Əliyev həmrəylik məsələsini məhz bu aspektdə aktuallaşdırıb. Bu, həm də yeni tarixi şəraitdə milli həmrəyliyə nail olmanın yeni üsulu kimi dərk edilməlidir. Çünki əvvəlcə Çar Rusiyası, sonra isə SSRİ dönəmlərində ayrıca millətin həmrəyliyi, yaxud birliyi məsələsi qətiyyən qoyulmurdu. Bu da məntiqi olaraq eyni etnosa mənsub olanlar arasında dəyişən tarixi şəraitdə kollektivçiliyin əsaslanacağı mexanizmlərə kölgə salmışdı. Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi bu baxımdan milli birlik məsələsini Ulu Öndərin uğurlu model əsasında rituallaşdırması anlamına gəlir. Deməli, həmin tarix adi yaddaş deyil, tarixin indiki mərhələsində azərbaycanlıların vahid orqanizmdə birləşməsi fəlsəfəsinin başlıca prinsipidir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Diaspor quruculuğu: dörd qurultay və azərbaycanlılar qarşısında duran əsas vəzifələr

Həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsi şərtdir. Bu səbəbdəndir ki, Ulu Öndər Azərbaycan diaspor təşkilatlarının yaradılması və onların səmərəli fəaliyyətinə böyük önəm verirdi. Prezident İlham Əliyev həmin xətti hazırda uğurla inkişaf etdirir. Həyata keçirilən tədbirlərin məzmunundan bu məqamları dolğun surətdə görmək mümkündür.
İndiyə qədər dünya azərbaycanlılarının dörd qurultayı keçirilib. Birinci qurultayın yadda qalan ən vacib məqamı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqi oldu. Heydər Əliyev nitqində dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsinə xüsusi yer vermişdi. Ümummilli Lider Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsini qabarıq şəkildə qurultay iştirakçılarının diqqətinə çatdırmış, bunlarla yanaşı, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurətini də məntiqi sübutlarla ifadə etmiş, bütün bunların həyata keçirilməsi üçün isə səylərin birləşdirilməsinin lazım gəldiyini əsaslandırmışdı.
Həmin qurultayda qarşıya qoyulan vəzifələrin səmərəli reallaşması zərurəti bir qədər sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılmasına zəmin formalaşdırdı. Bununla Azərbaycanın diaspor siyasəti sistemli və davamlı forma aldı.
İkinci qurultay Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində keçirildi. Həmin tədbir diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi.
2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qəbul etdiyi "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyət istiqamətlərini müəyyən edən konseptual sənəddir. Sənəddə Heydər Əliyevin müəyyənləşdirdiyi kurs əsasında diasporun üzərinə düşən vəzifələr öz əksini tapıb. Burada Azərbaycan xalqının özünüdərk prosesi, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib. Bundan başqa, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası perspektivləri analiz olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Dünya Azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili qərara alındı. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi.
Nəhayət, 2016-cı ilin iyun ayında keçirilən dünya azərbaycanlılarının dördüncü qurultayı azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyev tədbirdəki çıxışında müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətti müəyyənləşdirdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Dünya azərbaycanlılarının həmrəyliyi günü

31 dekabr – bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali vəCənubiAzərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ümummmilli lider Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönələn uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Bu istiqamətdə görülən işlərin bir nəticəsi də budur ki, dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olması dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyinin təminatçısıdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılması

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edilmişdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident cənab İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.

Sevinc İmanova – Rayon GEM-in direktoru

Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi

Artıq Dünya azərbaycanlıları 31 dekabr – Həmrəylik Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoyub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 ildən artıq davam edən məğlubiyyət sindromundan qurtarmış və onu qalib xalqa çevirib.
Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin vəsiyyəti şərəflə yerinə yetirilib. Bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada və azad edilmiş digər torpaqlarımızda şanlı Azərbaycan bayrağının dalğalanması ölkəmizin tarixində yeni inkişaf dövrünün başlandığını təcəssüm etdirir.
Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə veriblər. Onlarda doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrini birləşdirərək yaşadığı ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdırıb, lazım gəldikdə kütləvi tədbirlər keçirərək səslərini ucaltmışlardır.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

İslahat.az