03 Avqust 2021
16:14
24724

Vətən Müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günü Zərdab rayonunda qeyd edilib FOTO/ VIDEO

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri  Zərdab rayon sakini Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub.
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Anar Məmmədzadənin doğum günündə, avqustun  3-də onun əziz xatirəsini yad etmək üçün Zərdab  Rayon İcra Hakmiyyəti rəhbərliyi və əməkdaşları ilk öncə şəhidin ailəsini, sonra  məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.
Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Anar Məmmədzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

İslahat.az