09 Fevral 2021
15:01
16852

Vaqif Mustafayevin gedişi Turan İbrahimov və Vado Korovinə yol açdı: “Space”nin yeni rəhbəri kim olacaq?

Vaqif Mustafayevin "Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra telekanala kimin rəhbər təyin ediləcəyi geniş müzakirə edilir.

 

Redaktor.az xəbər verir ki, bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilir. Onların sırasında Etibar Babayev, Vüqar Qaradağlı, Turan İbrahimov və Vado Korovinin "Space”in rəhbəri olmaq şansının daha çox olduğu deyilir.

Saytın əldə etdiyi məlumata görə, Vado Korovin bir neçə gün öncə ATV-dəki işindən ayrılıb. Bu, onun "Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirib.

 

İslahat.az