11 Fevral 2021
15:47
11047

Vado Korovindən “Space” TV ilə bağlı AÇIQLAMA

Vaqif Mustafayevin "Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilib. Onların sırasında Etibar Babayev, Turan İbrahimov və Vado Korovinin TV-nin rəhbəri olmaq şansının daha çox olduğu deyilib. 

Məsələ ilə bağlı Redaktor.az saytına açıqlama verən "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin bildirib ki, bu fikirlər şayiədir:

 

"Bilmirəm bu məlumat hardan əldə edilib. Heç bir fakt yoxdur. Deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Vado Korovinin bir neçə gün öncə ATV-dəki işindən ayrılması məlumatları onun "Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirmişdi.

 

İslahat.az