18 İyun 2021
15:56
21909

Türkiyənin aparıcı şirkəti ilə memorandum imzalanıb: Yeni iş yerləri açılacaq - FOTO

 

Türkiyənin aparıcı şirkətlərindən olan "Zorlu Holding”lə Anlaşma Memorandumu imzalanıb.

İslahat.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

"Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.

İslahat.az