"Bir halda ki, Azərbaycanla bağlı "bir millət, iki dövlət” deyirik, buna uyğun davranmalı olduğumuzu düşünürük.
Məsələn, PUA nümunəsindən gedək. Orada bir PUA fabriki yaratmaq nə dərəcədə effektli olar? Belə edək, yoxsa orada başqa istehsal modeli tətbiq edək? İki ölkənin bir-birini tamamlayacağı və gücləndirəcəyi bir əməkdaşlıq barədə düşünürük. Müdafiə sənayesi əhəmiyyətli dərəcədə resurs tələb edən bir sahədir. Resurslarımızı çox effektiv istifadə etməliyik. Bəzi şeyləri təkrar etmək əvəzinə, qoyduğumuz investisiyalar hər iki ölkəyə də faydalı olmalıdır”, - deyə İ.Dəmir bildirib.
İslahat.az