02 Avqust 2021
11:55
21795

Türkiyədə vətəndaşlar meşələrdə silahla keşik çəkir - VİDEO

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda yeni yanğın ocaqlarının meydana çıxması insanların səbrini tükəndirib.

İslahat.az "İhlas Haber Ajansı” (İHA) istinasdən xəbər verir ki, məlumat verir ki, sadə insanlar yanğınların qəsdən törədildiyi iddialarından şübhələnərək meşə massivlərində silahla keşik çəkirlər.  

Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ölkə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-sinin tamamilə söndürüldüyünü və ya nəzarət altına alındığını qeyd edib. 

İslahat.az