19 Avqust 2022
16:40
18242

Türkiyədə müalicə alan qazilər Vətənə qayıtdılar

Türkiyədə müalicə alan qazilərimiz Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar.

İslahat.az xəbər verir ki, bu barədə "YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb.

Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsədi ilə Türkiyəyə göndərilib.

Xatırladaq ki, bu günə qədər 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

İslahat.az