15 Sentyabr 2021
11:26
24740

Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO

İslahat.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyi sosial şəbəkə səhifələrində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşım edib.

"Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq. Türkiyə-Azərbaycan qardaşlığı "bir millət, iki dövlət” anlayışı ilə əbədi yaşayacaqdır”, - paylaşımda qeyd edilib.

 İslahat.az