Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana baş tutacaq növbəti səfəri və Füzuli hava limanının açılışındakı iştirakına dair yeni açıqlamalar verib.
İslahat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını Afrika səfərindən qayıdarkən cavablandırıb.
Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində Qarabağda bir neçə magistral yolun açılışında iştirak edəcək və kənd təsərrüfatı sahəsində görülən bəzi işlərlə tanış olacaq.
İslahat.az