10 Yanvar 2021
13:34
9993

Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir” - FOTO

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizlənmə işləri davam edir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

 

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tələ qurduğu minalı ərazilər Azərbaycan Ordusu tərəfindən təmizlənir:

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən "mehmetçiklərimiz” işğaldan azad edilmiş Qarabağda da mina təmizləmə fəaliyyətlərini davam etdirirlər”.