19 Avqust 2021
13:38
20800

Türkiyə mətbuatı “Qarabağ”ın transfer etdiyi futbolçunu “Kocaelispor”a “icarəyə göndərdi” - FOTO

Türkiyənin məşhur "Ajansspor” saytı "Qarabağ”ın dünən transfer etdiyi seneqallı hücumçu İbrahima Vadjinin "Kocaelispor”a keçdiyini xəbər verib.

İslahat.az-ın xəbərinə görə, "Kocaelispor” İbrahima Vadjini transfer etdi” başlıqlı xəbərdə onun Norveçin "Hauqesun” klubundan icarəyə götürüldüyü göstərilib.

Əslində isə dünən "Qarabağ” bu futbolçu ilə üç illik müqavilə bağlayıb.


İslahat.az