11 İyun 2021
15:32
22513

Tramp Baydendən xahiş etdi: “Putinlə görüşdə yuxuya getmə...”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl Ağ Evin hazırkı başçısı Co Baydenə məsləhət verib.
İslahat.az xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti açıqlamasında " Bayden, Putinlə görüşdə uğurlar, ancaq görüş vaxtı yuxuya getməyin və ən xoş arzularımı ona çatdırın", - deyib.
Tramp 2018-ci ildə Helsinkidə Putinlə şəxsi görüşünün "əla və çox məhsuldar” olduğunu da xatırladıb. Onun fikrincə, medianın iddialarına baxmayaraq, Vaşinqton bu sammitin sonunda "çox qazanıb", xüsusən də Rusiya prezidentinin hörmətini.
Xatırladaq ki, Putinlə Bayden arasındakı görüş 16 iyun tarixinə planlaşdırılıb. Görüş yeri Cenevrə olacaq. ABŞ-ın birinci xanımı Cil Baydenin də qeyd etdiyi kimi, əri qarşıdakı zirvəyə "son dərəcə hazırdır".
 
İslahat.az