04 İyun 2021
13:08
10407

Tramp: “Amerikalıların bəxti gətirib ki, mən koronavirusla bağlı tövsiyələrə qulaq asmadım”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin yeni koronavirus pandemiyası ilə mübarizəyə dair səhv tövsiyələr verdiyini deyib.

TASS-ın məlumatına görə, bu açıqlamanı o, ABŞ-ın baş infeksion mütəxəssisinin keçən ilki yazışmalarının ictimaiyyətə açıqlanmasından sonra verib.

"Bu elektron məktublara baxdıqdan sonra deyə bilərəm ki, mən doktor Fauçinin istədiyini etmədiyim üçün ölkəmiz şanslıdır”, - deyə Tramp bildirib.

İslahat.az