30 İyul 2021
09:13
20667

Tokio-2020: Son cüdoçumuz yarımfinalda - FOTO + YENİLƏNİR

İrina Kindzerskaya 1/4 finalda Mi-cin Hanla (Koreya) qarşılaşıb.

O, ipponla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

07:27

Azərbaycanın cüdo millisinin son üzvü İrina Kindzerskaya Tokio Olimpiadasında mübarizəyə qoşulub.

İslahat.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki kateqoriyasında baş tutan görüşdə İrinanın 1/8 finaldakı rəqibi Larisa Seriç (Bosniya və Herseqovina) olub.

İdmançımız rəqibinə ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.