11 Yanvar 2022
11:21
20275

Tokayev yeni baş nazir təyin etdi

Alixan Smailov Qazaxıstanın Baş naziri təyin edilib.

İslahat.az xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanda davam edən kütləvi etiraz aksiyaları fonunda yanvarın 5-i hökumət istefaya getmişdi. Alixan Smailov isə müvəqqəti olaraq ölkənin Baş naziri vəzifəsini icra edirdi. 49 yaşlı Smailov bu vəzifəyə qədər Baş nazirin birinci müavini olub.

Eyni zamanda, müxtəlif illər ərzində maliyyə naziri, dövlət başçısının köməkçisi, "Kazagro” Milli Holdinqinin prezidenti, habelə Respublika Statistika Agentliyinin sədri kimi fəaliyyət göstərib.

İslahat.az