27 Aprel 2021
16:35
14663

Teymur dünya çempionuna, Şəhriyar isə iranlıya qarşı

Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun "New in Chess Classic” mərhələsində 1/4 finala vəsiqə qazanıb.

İslahat.az xəbər verir ki, Şəhriyar 9,5 xalla turnir cədvəlinin üçüncüsü kimi, Teymur isə 8,5 xalla sonuncu – səkkizinci kimi əsas mərhələdə iştirak hüququ əldə edib.

Teymur Rəcəbov 1/4 finalda Maqnus Karlsenlə (Norveç), Şəhriyar Məmmədov isə İrandan olan, ancaq FIDE bayrağı ilə altında yarışan Əlirza Firuzca ilə qarşılaşacaq.

 

1/4 finalın digər görüşlərində Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri baş tutacaq.

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi 8 500 dollar qazanacaq.

 

İslahat.az