24 Yanvar 2022
12:08
21611

Ötən il 346 yeniyetmə cinayət törədib

 

Ötən il 21206 cinayət törədən şəxs müəyyən olunub.

İslahat.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

O bildirib ki, bu cinayətlərin 94 faizi kişilər, 5,5 faizi qadınlar tərəfindən törədilib. Cinayət törədən yetkinlik yaşına çatmayanların sayı isə 346-dır.

İslahat.az