25 Noyabr 2021
13:13
20417

Tələbə kreditinin qaytarılması zamanı hansı şərtlərlə möhlət verilir? - RƏSMİ

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb.

İslahat.az xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət verilməsinin mümkün olduğunu deyib.

O bildirib ki, TTK dövründə aşağıdakı hallar baş verərsə, TTK-nın qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

- Yuxarı təhsil səviyyəsində əyani təhsil;

- həqiqi hərbi xidmət;

- məhkumluq (dördildən çox olmayaraqazadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması);

- işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın üçyaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluqda olan müddət.

Nazir müavini əlavə edib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

İslahat.az