10 Fevral 2021
16:15
15186

Təhsil naziri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşdü - FOTO

Fevralın 9-da Təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.