08 Fevral 2021
13:47
16469

Təhsil naziri şagirdlərə müraciət etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev bu gündən əyani tədrisin mərhələli bərpası ilə bağlı şagirdlərə müraciət edib. 

O, fikirlərini sosial şəbəkə hesabında bölüşüb:

 

"Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər. Sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir. 

Hər birinizə müvəffəqiyyətlər!”