14 Yanvar 2022
12:55
14954

Təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər

"Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir”.

İslahat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. Onun sözlərinə görə, bu cür hallarla əvvəllər də qarşılaşıblar:

"Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir.

"Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 1 saylı uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən şiddət görülməsi barədə görüntülər yayılıb.

İslahat.az