15 Fevral 2021
11:44
14191

TƏBİB vaksinin insanda yaratdığı immunitetin müddətini AÇIQLADI - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı məlumat yayıb.

TƏBİB-in rəsmi "Facebook” səhifəsində qeyd edilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

 

Həmçinin qeyd edilib ki, insanda yaratdığı immunitetin müddəti minimum 1 ildir, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib.