Sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək.
İslahat.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT/Organization of Turkic States) "Twitter” səhifəsində qeyd olunub:
"16 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsinin Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu keçiriləcək”.
İslahat.az