16 İyun 2022
16:06
20505

Şuşada ilk beynəlxalq turnir keçiriləcək

"Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm”.

İslahat.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Bu barədə Mahir Məmmədovu dinləyək:

"Qarabağ xanlığının sonuncu varisi,görkəmli şairvə xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatiməsələləri üzərində iş başlayıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21-24 sentyabr tarixlərində keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”.

İslahat.az