26 Noyabr 2021
11:54
21221

ÜST koronavirusla bağlı təcili iclas keçirəcək

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusi iclas keçirəcək.

İslahat.az xəbər verir ki, bu barədə ÜST-ün yaydığı məlumata görə iclasda koronavirusun yeni aşkarlanan "B.1.1.529” ştammı və mövcud vaksinlərin ona olan təsirləri müzakirə ediləcək.

Qeyd edək ki, Böyük Britaniya və İsrail növünə görə Cənubi Afrika ölkələrinə uçuşları dayandırıb.

İslahat.az