Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin İzmir şəhərində BP şirkəti (British Petrol) ilə birgə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya layihəsi olan "Mercury” ilə bağlı qərar 2022-ci ildə veriləcək.
İslahat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiyə Enerji” və "Petkim Holdinq”in İdarə Heyətinin sədr müavini Vaqif Əliyev deyib.
SOCAR rəsmisi bildirib ki, layihə ilə əlaqədar BP şirkəti ilə aparılan danışıqlar davam etdirilir. V. Əliyev BP şirkətinin hazırda neft-kimya sənayesi bazarından çıxdığını da diqqətə çatdırıb:
Qeyd edək ki, BP 2020-ci ilin iyun ayında neft-kimya biznesini 5 milyard dollara iqamətgahı Londonda yerləşən İngiltərənin neft-kimya şirkəti INEOS-a satıb. Bu, SOCAR-ın BP şirkəti ilə birgə ərsəyə gətirməyi planlaşdırdğı yeni neft-kimya kompleksi ("Mercury” layihəsi) ilə bağlı işlərin səngiməsinə səbəb olub.
İslahat.az