12 Aprel 2021
12:06
11266

SOCAR-ın reytinqi təsdiqləndi

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini və prioritet təminatsız reytinqini "BB+” səviyyəsində təsdiqləyib.

İslahat.az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnoz "mənfi”dir. Bərpa reytinqi isə "RR4” səviyyəsində müəyyən edilib.

Agentlikdən bildirilib ki, SOCAR tam olaraq dövlətin mülkiyyətindədir və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən şirkətin reytinqi Azərbaycan ("BB+” / Mənfi) ilə bərabərləşdirilib.

 Reytinq və proqnozun əsasını şirkətə maliyyə zəmanətləri, nağd və pay şəklində verilən dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı təşkil edir.

SOCAR-nin müstəqil kredit profili isə "b+” səviyyəsində qiymətləndirilirib. 

Dövlət Neft Şirkətinin fəaliyyətini güclü ticarət əməliyyatları ilə kompensasiya etdiyi qeyd edilib. Eyni zamanda 2021-ci ilin yanvarından bəri artan neft qiymətlərinin də nəticələrə təsir göstərən amillərdən hesab olunub.

Qeyd olunub ki, Azərbaycanda neft və qaz layihələrinin əksəriyyətində SOCAR pay sahibidir.  Bundan əlavə, SOCAR-ın dövlətin təşviq etdiyi bəzi digər böyük enerji layihələrində, eləcə də Cənub Qaz Dəhlizi layihəsində paya sahib olması əhəmiyyətli faktorlar kimi qiymətləndirilib.

 

İslahat.az