21 Dekabr 2021
15:22
22000

SOCAR 2022-ci ildən karbon emissiyasını sıfıra endirəcək

Azərbaycanın dövlət neft şirkəti SOCAR 2022-ci ilin əvvəlində öz sahələrində neft və qaz hasilatı zamanı xalis sıfır karbon emissiyasına nail olmaq niyyətindədir.

İslahat.az xəbər verir ki, bu haqda məlumatı "Reuters” agentliyinə SOCAR prezidentinin ekologiya üzrə müavini Rəfiqə Hüseynzadə bildirib.

"Biz 2010-cu ildən Dünya Bankının "Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) proqramı çərçivəsində bunun üzərində işləyirik", - deyən R.Hüseynzadə qeyd edib ki, SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10% təşkil edirdisə, son vaxtlar bu rəqəm 2%-ə qədər azalıb: "2022-ci ildə biz karbon neytrallığına çatacağıq. Emissiyaların azaldılması yalnız karbohidrogenlərinçıxarılması prosesi ilə bağlıdır. Birbaşa hasilata aid olmayan bəzi emissiyalar hələ də yaranacaq.

Şirkət həmçinin tərəfdaşları ilə birgə hazırladığı layihələr üçün iqlim hədəfləri təyin etməyib”.

SOCAR rəsmisi deyib ki, emissiyaları azaltmaq üçün SOCAR infrastruktur və avadanlıqları təkmilləşdirir. O əlavə edib ki, SOCAR Neft Daşları və Günəşli dayazsulu yataqlarında ekoloji cəhətdən təmiz nou-haudan istifadə etməklə təbii qaz hasilatını ildə 2 milyard kubmetrə qədər artıra bilir.

İslahat.az