11 Oktyabr 2021
15:34
20359

Siyavuş Novruzov Vahid Əhmədova söz atdı, cavabını aldı

Milli Məclisin iclasında "Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında fikir ayrılığı yaranıb.

İslahat.az-ın məlumatına əsasən, S.Novruzov bəzi şəxslərin özünü "istiqlalçı deputat” adlandırmasına etiraz eidb.

O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub.

"Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.

V.Əhmədov isə qeyd edib:

"İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

İslahat.az