14 Sentyabr 2021
12:42
21206

“Səyyad Əlizadənin durumu ağır olaraq qalır” – AÇIQLAMA

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin durumu ağır olaraq qalır.  

İslahat.az xəbər verir ki, bunu Qanunla.Az-a açıqlamasında müğənnin qohumu Ramiz  Qarayev deyib.  O, 10  gün əvvəl  koronavirusa yoluxan müğənninin səhhətində  heç bir  dəyişiklik olmadığını  vurğulayıb.

"Həkim nəzarəti  altındadır.  Xəstəliyi ağır olaraq keçirir. Səhhətində heç bir  dəyişiklik yoxdur”.

Qeyd edək ki, Səyyad Əlizadə  ötən gün Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İslahat.az