31 May 2021
16:06
13004

Şəxsi avtomobildə maskadan istifadə məcburidir? - AÇIQLAMA

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu gündən etibarən açıq havada tibbi maskalardan istifadəyə qoyulan məcburiyyət ləğv olunub.

Əhali açıq havada artıq maskasız gəzməyə başlayıb. Qeyd edək ki, sözügedən qərar ictimai nəqliyyatdan istifadəyə, eləcə də qapalı məkanlara şamil edilmir. Burada tibbi maskalardan istifadə etmək mütləqdir.

Bəs şəxsi avtomobillərdə tibbi maskadan istifadə etməmək olarmı?

İslahat.az xəbər ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maskadan istifadənin də ləğv edilməsi demək deyil:

"Sürücülərə və digər hərəkət iştirakçılarına bildirmək istəyirik ki, karantin rejimi qaydalarına uyğun olaraq ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq şəkildə istifadə etməlidirlər. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə, avtomobildə sürücü tək olduqda və ya ailə üzvlərindən kənar sərnişin olmadıqda maskadan istifadə etməyə bilərlər. Lakin, avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq qaydada istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.

İslahat.az