11 Aprel 2022
12:03
13766

Sevinc Hüseynova: İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Son prezident seçkilərində – 2018-ci il aprelin 11-də cənab İlham Əliyevin parlaq qələbəsindən sonra isə ölkəmizin inkişafında yeni mərhələyə başlayıb. Genişmiqyaslı islahatlar Azərbaycanın hərtərəfli inkişafında mühüm amilərdən biri oldu”.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, bufikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, dörd il əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyevin 86.02 faiz səs toplayaraq qələbə qazanması xalqın öz liderinə inam və etimadının növbəti nümunəsi oldu. Xalqın cənab İlham Əliyevə inam və etimadı təsadüfi deyildi. Çünki dövlətimizin başçısı 2003-2018-ci illər ərzində Azərbaycanın iqtisadi inkişafını, əhalinin sosial müdafiəsinin möhkəmlənməsini, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsini təmin etmiş, xalqımızın, dövlətimizin qarşısında yeni perspektivlər açılmışdı. Faktlara diqqət yetirsək deyə bilərik ki, 2003-2018-ci illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Sevinc Hüseynova qeyd edib ki, cənab İlham Əliyev seçkilərdən bir neçə gün sonra andiçmə mərasimində yeni islahatların anonsunu vermişdi və bu islahatlar gerçəkləşdirildi. Ötən müddət ərzində həyata keçirilən kadr, struktur və institusional islahatlar Azərbaycanın milli gücünün artmasını şərtləndirib. Davamlı olaraq idarəetmə sistemi təkmilləşdirilir. Bundan başqa, siyasi sferada da islahatlar aparlıb, ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdırılıb, dialoq və siyasi münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Siyasi islahatlar ölkəmizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da gerçəkləşdirilib və partiyanın VII qurultayının qərarları bunun əyani ifadəsidir. Eləcə də, sosial sahədə də önəmli islahatlar aparılıb, xüsusilə pandemiya dövründə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar atılıb. Dövlət başçısının "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisi bütün dövrlərdə özünün əməli təsdiqini tapır. Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış edir: "Azərbaycan neçə illərdir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. 44 günlük Vətən müharibənin əsas qəhrəmanı da Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev "Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən görüşün nəticələri regionun gələcəyi naminə dövlətimizin müəyyənləşdirdiyi gündəliyin dünya tərəfindən qəbul olunduğunu təsdiqləyir. Bütövlükdə, qarşıdakı dövrdə Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər, yeni-yeni zəfərlər qazanağı şübhəsizdir. Xalq-Prezident birliyi, milli həmrəyliyimiz isə qazanılan möhtəşəm nailiyyətlərin əsaslarını təşkil edir”.

İslahat.az