05 Oktyabr 2021
11:41
21241

Sərhəd qonşumuzda yarasalarda koronaviruslar aşkarlanıb

Rusiyada yarasalarda koronavirusun bir çox variantları aşkarlanıb.

İslahat.az xəbər verir ki, bunu "Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya deyib.

Mütəxəssis izah edib ki, təbiətdə SARS-CoV-2 ilə yanaşı digər koronaviruslar da var və bunlar Rusiyada yarasalarda tapılıb. Ancaq yoxlanılan yarasalarda SARS-CoV-2 variantı hələ  ki, aşkar edilməyib.

Speranskaya bu yarasaların Rusiyanın bütün regionlarında rast gəlindiyini, ancaq onların az öyrənildiyini vurğulayıb.

İslahat.az