28 Yanvar 2021
11:23
12541

Şəhidlərimizin heykəlləri hazırlanır - VİDEO

Heykəltəraş Tamerlan Mirzəliyev Vətən müharibəsinin qəhrəman şəhidlərinin heykəllərini hazırlayır.

 

Gənc heykəltəraş bildirir ki, Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadənin heykəlinin son tamamlanma işləri gedir.

II Qarabağ müharibəsinin şəhidi, səsi, avazı ilə hər kəsin ürəyini fəth edən Şahgündüz Cabbarovun barelyefi də Tamerlanın əl işləri sırasında yer alıb.