18 Mart 2022
15:48
20432

Səbail rayonunda 1-ci Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib

Novruz bayramı münasibətilə Səbail rayonunda 1-ci Qarabağ müharibəsi  veteranları ilə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev və digər veteranlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək, müstəqil Azərbaycanın 30 illik həsrətdən sonra torpaqlarımızın işğaldan azad olunması, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi, istər 1-ci Qarabağ müharibəsi, istərsə də 2-ci Qarabağ müharibəsində iştirak edən şəhid, qazi və müharibə iştirakçılarının qəhrəmanca vuruşması və şücaəti barəsində tədbir iştirakçılarını məlumatlandırıb, dövlətimiz tərəfindən onlara və ailələrinə yaradılan şəraitdən bəhs edib.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev və digər veteranlar çıxış edərək, dövlətin onlara yaratdığı şərait, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıb, öz təkliflərini bildiriblər.

Görüş zamanı müharibə veteranlarına bayram sovqatları təqdim edilib.

İslahat.az