07 Yanvar 2022
12:12
22331

Sayğaclarda limitlərin sıfırlanması prosesi nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

"Bakı ilə birgə regionlarda da limitlərin sıfırlanması prosesi paralel olaraq aparılır”.

İslahat.az xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev məlumat verib.

O bildirib ki, prosesin bir ay ərzində tamamilə yekunlaşması planlaşdırılır:

"Ötən il eyni ay üzrə limitlərin sıfırlanması prosesi necə həyata keçirilmişdisə, bu il də proses müvafiq olaraq davam etdiriləcək”.

İslahat.az