5 fevral 2022-ci il tarixdə "Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyevanın təşkilatçılığı ilə "Gənclər günü” münasibətilə gənc rəssamların sərgisi keçirildi.
İslahat.az "Yeni
Gündəm”-ə istinadən xəbər verir ki, sərginin keçirilməsində məqsəd gənclərin
istedad və bacarıqlarının nümayişinə dəstək olmaq, onların bu növ layihələrdə
iştirakını, eyni zamanda cəmiyyətdəki fəallığını təmin etməkdən ibarət idi.
"Sağlamlığın qorunması” İctimai Birliyi "sağlam nəsil, sağlam gələcək” devizi
altında bir çox layihələrə imza atmışdır. Artıq ikinci dəfə həyata keçirilən bu
sərgi də onlardan biridir. Xətai sənət mərkəzində baş tutan sərgidə gənc
rəssamların əsərləri sərgiləndi. Sərgidə Lalə Hüseynzadə, Emin Saqi, Könül
Rüstəmbəyli, Aysun Səlimli, Sevinc Əhmədova, Arzu Cəfərzadə, Jalə Muradlının
təxminən 100-yə yaxın qarışıq yağlı boya ilə, qumla və karandaşla çəkilən rəsm
əsərləri nümayiş etdirildi. Həmçinin sərgidə piano və skripkada İranə Cəfərova
və Zeyn Cəfərov çıxış etdi.
Sərgidə gənc rəssamlara və əməyi keçən təşkilatçılara "Sağlamlığın qorunması”
İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən mükafatlar təqdim
olundu. Sərgidə əməkdar artist Nuriyyə Hüseynova, şair-yazıçı Vahid Aslan,
"Sara Xatun” İB-nin rəhbəri Pərvanə Mustafayeva, "Regional hüquqi və iqtisadi
maarifləndirmə” İB-nın sədri Arzu Bağırova, jurnalist Vüsalə Qələndərli və
Fəxriyyə Lipar sərginin keçirilməsilə bağlı ürək sözlərini bildirdilər.
İslahat.az